AZ

Super Liqa: “Fənərbaxça” Trabzondan 3 xalla qayıtdı

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 11-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə üç qarşılaşma baş tutub.

“Bodrumspor” – “Alanyaspor” matçında qapılara qol vurulmayıb. “Eyüpspor” doğma meydanda “Hatayspor”u 2 cavabsız qolla üstələyib. Beş qolun qeydə alındığı “Konyaspor” – “Başakşəhər” matçında da meydan sahibləri qələbə qazanıblar.

Səfərdə “Trabzonspor”la qarşılaşan “Fənərbaxça” da bu turu qələbə ilə başa vurub.

11-ci tura noyabrın 4-də keçiriləcək “Samsunspor” – “Antalyaspor” oyuni ilə yekun vurulacaq.

Türkiyə, Super Liqa
11-ci tur
1 noyabr

Qaziantep – Göztəpə 2:1
Qollar: Lunqoyi, 77. Soresku, 82 – A.İldiz, 64.

2 noyabr

Sivasspor – Rizəspor 3:1
Qollar: Sundberq, 49; 61 – Vareşanoviç, 8.

Kayserispor – Adana Dəmirspor 0:0

Beşiktaş – Kasımpaşa 1:3
Qollar: Muçi, 45+3 – Vink, 54. A.Kara, 70. Fall, 88.

3 noyabr

Konyaspor – Başakşəhər 3:2
Qollar: Ndao, 32; 50; 73 – Opoku, 45+2. Pyontek, 90+3.

Bodrumspor – Alanyaspor 0:0

Eyüpspor – Hatayspor 2:0
Qollar: Tiam, 11; 60.

Trabzonspor – Fənərbaxça 2:3
Qollar: Banza, 59-pen; 67-pen – Fred, 42. Dzeko, 75. Amrabat, 90+12.

4 noyabr

21:00. Samsunspor – Antalyaspor

Seçilən
33
1
arena.az

4Mənbələr