AZ

Moldovada prezident seçkilərində seçici fəallığı qeydə alınıb

Moldovada prezident seçkilərinin ikinci turunda yüksək seçici fəallığı qeydə alınıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Moldova Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 1 milyon 7 minə yaxın vətəndaş prezident seçkilərinin ikinci turunda səs verib. Bu da təxminən seçicilərin 55 faizi deməkdir. Seçici fəallığı Moldovada oktyabrın 20-də keçirilən prezident seçkilərindən təxminən 3 faiz çox olub. Səsvermə artıq yerli vaxtla 21:00-da başa çatıb. İkinci turda Fəaliyyət və Həmrəylik Partiyasının namizədi, Moldovanın hazırki Prezidenti Maya Sandu və Moldova Respublikası Sosialistlər Partiyasının dəstəklədiyi namizəd Aleksanda Stoyanoqlo mübarizə aparıblar.

Oktyabrın 20-də keçirilən prezident seçkiləri zamanı Maya Sandu 656 min 852 səs toplayıb, bu da seçicilərin 42,49 faizidir. Aleksanda Stoyanoqlo isə 25,95 faiz – 401 min 215 səs toplayıb.

Seçkilərin birinci turunda 11 namizəd prezidentlik uğrunda mübarizə aparıb.

Seçilən
38
3
sia.az

10Mənbələr