AZ

Rusiya-Ukrayna müharibəsində daha bir soydaşımız HƏLAK OLDU - FOTO

Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz, əslən Lənkəranın Separadi kəndindən olan 52 yaşlı Zöhrab Əbülhəsən oğlu Əzimov həyatını itirib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Rusiya vətəndaşı olan Əzimov bir neçə ay öncə döyüşlərə qoşulub və bir sıra şəhərlərdə döyüşlərdə iştirak edib.

O, Belqorod şəhəri yaxınlığında gedən döyüşlərdə aldığı güllə yarasından həlak olub.

Zöhrab Əzimov ailəli idi və bir qız övladı var.


Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

Seçilən
20
7
bizim.media

10Mənbələr