“Baş məşqçi heç bir səbəb olmadan məni heyətdən çıxartdı. Təəssüf ki, mənə qarşı bu addımdan sonra heç kim yanımda olmadı. O, mətbuata açıqlamışdı ki, hər kəs millidə qələbəyə sevinərkən Qara kənarda dayanmışdı. Bu çox gülünc söhbət idi. Onun qərarına təsir edə biləcək insanların dəstəyini görmədim. Bildirmişdim ki, De Byazi ilə görüşmək, söhbət etmək istəyirəm. Hardasa səhvim varsa, özümə desin, mən də ona hər şeyi izah edim. Amma məni onunla görüşdürmədikləri üçün çox incidim”.
Maraqlıdı, Qara bu açıqlama ilə kimləri nəzərdə tuturdu?
“Football-plus.az” ondan məhz bu suala cavab almaq istədi:
“Mövzu tam aydındı. Mən deyirəm ki, məni o qərarı dəyişdirə biləcək adamlar görüşdürmədi. Hansısa məşqçi o qərarı dəyişə bilməzdi. Yəni ad çəkib açıqlaya bilmərəm. Sadəcə, rəhbər adamlar idi ki, onlar qərari dəyişə bilərdilər, təəssüf ki, etmədilər. Heç birinin mənə inamı yox idi. De Byazinin haqqımda dediyi sözdən sonra ona daha çox təzyiq gözləyirdim. Ki, sən millimizin oyunçusuna bu sözü necə deyə bilərsən? Hətta bu sözdə nasizm var. Yəni o adamlar buna məhəl qoymadı, yanımda durmadılar. Heç futbolçu yoldaşlarımı demirəm. Mən tək qaldım. Bu üzdən özümü sübut etmək istəyirəm. Allahın köməyi ilə sübut da edəcəm ki, mən o şeylərə layiq deyildim. Amma siz məni millidən bir sözə görə kəsib atdız”.
RÖYANƏ OĞUZ