"Benfika" heyətində çıxış edən türkiyəli futbolçu Kerem Aktürkoğlunun müqaviləsinə dəyişiklik etməyə hazırlaşır.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Portuqaliya klubu futbolçunun sərbəst qalma məbləğini 60 milyon avrodan 100 milyon avroya qaldıracaq.
Məlumatda deyilir ki, "Qalatasaray"dan 12 milyona alınan oyunçuya İngiltərənin "Mançester Yunayted" komandasının 40 milyon avro təklif etməsindən sonra "Benfika" möhtəşəm oyunu ilə diqqətləri özünə çəkən Keremə tezliklə 60 milyon verən klubun da ortaya çıxacağını düşünür: "Məhz bu səbəbdən klub onun transfer qiymətini 60 milyondan 100 millyon avroya qaldırmağı planlayıb. Tezliklə müqaviləyə bu detal əlavə olunacaq".
Fərid Aslan
MİA.AZ