AZ

Harris poçtla səs verdi

ABŞ-da Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris noyabrın 5-də ölkədə keçiriləcək seçkilərdə erkən səs verib.

 

Modern.az xəbər verir ki, bu barədə o, Miçiqan ştatında jurnalistlərə açıqlaması zamanı bildirib.

 

O, poçtla səs verdiyini bildirib: "Mən indicə poçtla göndərilən seçki bülletenimi doldurdum. Mənim bülletenim artıq Kaliforniyaya gedir. Sistemə inanıram".

 

Qeyd edək ki, ABŞ-da növbəti seçkilər noyabrın 5-də keçiriləcək. Donald Tramp və Harris dövlət başçısı postu uğrunda mübarizə aparacaqlar. 

Seçilən
49
50
modern.az

10Mənbələr