AZ

“Rəqibin heyət genişliyi öz sözünü dedi”

“Əslində, rəqib hazırda ideal durumda deyildi. Qələbə də qazana bilərdik. Lakin biz kasad heyəti olan komandayıq. Ümumi olaraq oyunumuzu inkişaf etdirmişik”.

Futbolinfo.az xəbər verir ki, bunu “Abşeron”un baş məşqçisi Erhan Toker deyib.

Türkiyəli mütəxəssis Azərbaycan Basketbol Liqasının 3-cü turunda “Sabah”a 59:75 hesablı məğlubiyyəti şərh edib:

“Heç də pis oynamadıq. Komandam yaxşı təsir bağışladı. Amma dəqiqələr keçdikcə onların heyət genişliyi öz sözünü dedi. Biz istədiyimiz rotasiyanı edə bilmirdik. Bir də onu söyləyim ki, bizim qarşımızda qoyulan əsas hədəflərdən biri də gənclərin oynamasıdır. Bu isə bəzən çətinliyə gətirib çıxarır. Bu gün də belə oldu. Bizim də daha təcrübəli yerli oyunçumuz olsaydı, oyun sona qədər daha bərabər mübarizə şəraitində gedə bilərdi. Buna baxmayaraq böyük bir zaman kəsiyində bərabər oyunu davam etdirdik. “Sabah” çox yaxşı təşkilatlanmış, yaxşı oyunçulara sahib bir komandadır. Onlara qarşı belə oyun göstərdiyimizə görə məmnunam”.

Seçilən
54
futbolinfo.az

1Mənbələr