1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Ölkədə beynəlxalq səviyyəli COP29 tədbirinin keçirilməsinə sayılı günlər qalıb. Ali təhsil müəssisələrində tədris prosesi onlayn qaydada aparılacaq. Artıq bir sıra universitetlər hazırlıqlara başlayıb.
Xezerxeber.az-ın məlumatına görə, Memarlıq və İnşaat Universitetindən bildirilib ki, tədris ocağının pandemiya dövründən onlayn təhsillə bağlı təcrübəsi var. Həmin təcrübə COP29 zamanı da universitetlərə kömək olacaq və onlayn tədrisdə heç bir problem yaşanmayacaq.
Turizm və Menecment Universitetinin də öncədən təcrübəyə malik olduqları vurğulanıb. Bildirilib ki, bu təcrübə imkan verəcək ki, tədrisin 9 və 10-cu həftələrində dərslər onlayn qaydada təşkil edilsin.
Təhsil eksperti Kamran Əsədov da bildirib ki, ölkənin təhsil sistemi məsafədən təhsillə 2020-ci ilin pandemiya dövründən tanışdır. Ona görə də noyabr ayında onlayn təhsilin təşkilində heç bir problem yaşanmayacaq.
Təhsil eksperti onu da bildirib ki, hazırda ölkənin 51 ali təhsil müəssisəsində 187 min tələbə təhsil alır.
Ətraflı süjetdə: