AZ

A Seriyası: “Atalanta” Neapolda darmadağına sevindi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 11-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə 4 qarşılaşma baş tutub.

Beş qolun qeydə alındığı “Verona” – “Roma” matçı meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Lider “Napoli” bu turda doğma meydanda “Atalanta”ya 3 cavabsız qolla uduzub. “Fiorentina” səfərdə “Torino”nu, son çempion “İnter” isə doğma meydanda “Venetsiya”nı tək qolla üstələyib.

Turun qalan görüşləri noyabrın 4-də keçiriləcək.

İtaliya, A Seriyası
11-ci tur
2 noyabr

Bolonya – Leççe 1:0
Qol: Orsolini, 85.

Udineze – Yuventus 0:2
Qollar: Okoye, 19-öz qapısına. Savona, 37.

Montsa – Milan 0:1
Qol: Reynders, 43.

3 noyabr

Napoli – Atalanta 0:3
Qollar: Lukman, 10; 31. Reteqi, 90+2.

Torino – Fiorentina 0:1
Qol: M.Kin, 41.

Verona – Roma 3:2
Qollar: Tengstedt, 13. Manyani, 3. Harrui, 88 – Sule, 28. Dovbik, 53.

İnter – Venetsiya 1:0
Qol: Lautaro Martines, 65.

4 noyabr

21:30. Empoli – Komo
21:30. Parma – Cenoa
23:45. Latsio – Kalyari

Seçilən
44
1
arena.az

2Mənbələr