NASA Hubble və James Webb Kosmik Teleskoplarının (JWST) məlumatları ilə yaradılmış heyrətamiz kompozit görüntüdə NGC 2207 və IC 2163 adlı iki qalaktikanı bir araya gətirdi.
Bildirilib ki, bu qalaktikalar yavaş-yavaş kosmik rəqslə bir-birinə yaxınlaşacaq, birləşəcək və nəticədə tək nəhəng qalaktikaya çevriləcək. Bu prosesdə qalaktikaların mərkəzində superkütləli qara dəlik əmələ gələcək.
Tədqiqatçıların fikrincə, NGC 2207 və IC 2163 illər əvvəl bir-birinin yaxınlığından keçib və indi cazibə qüvvələri ilə yenidən bir-birinə yaxınlaşır.
Bu qarşılıqlı təsir qalaktikalardakı qaz buludlarının sıxılmasına və yeni ulduzların yaranmasına səbəb olur. Hubble Teleskopundan alınan ultrabənövşəyi işıq görüntülərində yeni doğulmuş ulduzların parıltısı mavi rənglərdə aydın şəkildə görünür.