Bakı. Trend:
Yaponoyanın Miyaqi prefekturasında oktyabrın 29-da yenidən işəsalınan Onaqava Atom Elektrik Stansiyasının ikinci enerji blokunuyoxlama üçün dayandırdığını bildirib.
Trend-in məlumatına görə, bu barədə Yaponiyanın "Tohoku ElectricPower" operator şirkəti bildirib.
Məlumata əsasən, noyabrın 3-də stansiyada elektrik enerjisininistehsalına başlanılması nəzərdə tutulsa da, avadanlıqlarda problemyarandığından prosesə start verilməyib. Nəticədə stansiyanınoperator şirkəti reaktoru bağlamaq qərarına gəlib.
Stansiya mütəxəssisləri tezliklə yoxlamaya başlayacaqlar.Onaqava atom elektrik stansiyasındakı ikinci reaktorun nə vaxtyenidən işə salınacağı barədə hələlik heç bir məlumatverilməyib.
kinci Onaqava reaktoru, fövqəladə vəziyyətdə olan "Fukusima-1"atom elektrik stansiyasının enerji blokları kimi, qaynar sutiplidir. Yaponiyada 2011-ci ildən bəri ilk dəfədir ki, bu tipreaktor yenidən işə salınır.