"Duzz" MMC və "Dənizkənarı Bulvar İdarəsi" publik hüquqi şəxsi məhkəməyə verilib.
Pravda.az-ın xəbərinə görə, MMC və İdarə ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti vətəndaş Süleymanov Kamran (ad şərti-red) Orxan oğlu edib.
Mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisə olan iş hakim Ülkər Həsənovanın icraatındadır. Növbəti baxış iclası noyabrın 25-də keçiriləcək.
Qeyd: "Duzz" MMC-nin qanuni təmsilçisi Nərmin İlqar qızı Muradova, "Dənizkənarı Bulvar İdarəsi" publik hüquqi şəxsin İdarə Heyətinin sədri Xanlar Adil oğlu Ağalarovdur.
Xəyal Quliyev
Tarix: 4 Noyabr 2024, 08:04