AZ

Yaponiya Rusiyaya vitamin ixracını 12 dəfə artırıb

Bir ay ərzində Yaponiya payıza qədər Rusiya Federasiyasına vitamin ixracını 12 dəfə artırıb...

Poliqon xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Qeyd edilir ki, sentyabrda Yaponiyadan Rusiyaya 845 min dollar dəyərində vitamin tədarük edilib ki, bu da avqust ayı ilə müqayisədə 12 dəfə çoxdur.

Yapon vitaminlərinin Rusiyaya tədarükü həcmində ən böyük pay sinir sisteminin, əzələlərin normal fəaliyyəti və mədə şirəsinin istehsalı üçün zəruri olan B1 vitaminidir. 2024-cü ilin ilk doqquz ayında Rusiya bu vitaminin idxalını üçdə bir artırıb və artım 1,75 milyon dollar təşkil etdi. Ümumilikdə B1 və C vitaminləri Yaponiyadan gələn vitamin ehtiyatlarının 60%-ni təşkil edir.

Poliqon.info

Seçilən
56
poliqon.info

1Mənbələr