İndoneziyanın Flores adasında vulkan püskürməsi nəticəsində azı 6 nəfər ölüb.
APA xəbər verir ki, bu barədə İndoneziyanın Fövqəladə Hallar üzrə Milli Agentliyi məlumat yayıb.
Agentlik qeyd edir ki, vulkan püskürməsi yaxınlıqdakı yaşayış məntəqələrində yanğınlara səbəb olub.