AZ

Ekvadorda pikapın dərəyə düşməsi nəticəsində 10 nəfər həlak olub

Ekvadorun cənub-şərqində yerləşən Morona-Santiyaqo əyalətində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində azı 10 nəfər həlak olub.

“Far.Az” “Sinxua” agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Amerika ölkəsinin Fövqəladə Hallar üzrə Milli Xidməti məlumat yayıb.

Bildirilib ki, içərisində 11 nəfərin olduğu pikap Mendes icmasının Bella-Yunion bölgəsində Paute çayının dərəsinə düşüb. Qəza nəticəsində bir neçə uşaq da daxil olmaqla 10 nəfər həlak olub. 3 yaşlı qız möcüzəvi şəkildə sağ qalıb və xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşları hadisənin təfərrüatlarını araşdırır.

Seçilən
48
5
far.az

4Mənbələr