AZ

"Qışda Ukraynada bir neçə "ruhlar şəhəri" yaranacaq" - "Newsweek"

Qarşıdan gələn qış Ukrayna üçün xüsusi hərbi əməliyyat başlayandan bəri ən çətin qış olacaq.

Bu fikirlər Newsweek-də dərc olunan məqalədəndir. Nəşr Ukrayna Silahlı Qüvvələrinin keçmiş döyüşçüsü Viktor Kovalenkonlya istinad edərək yazıb ki,  ölkədə elektrik enerjisi ilə bağlı problemlər işıqdan tam məhrum olan "ruhlar şəhərlərinin" yaranmasına səbəb olacaq.

"Qarşıdan gələn qışın Ukrayna əhalisi üçün ən çətin olacağı gözlənilir... Elektrik stansiyaları o qədər zədələnib ki, onları yaxın vaxtlarda təmir etmək mümkün deyil",-nəşr yazıb. 

Ukrayna Silahlı Qüvvələrinin keçmiş döyüşçüsünə görə, Xarkov kimi böyük şəhərlər elektrik enerjisinin olmaması səbəbindən xüsusilə ciddi problemlər yaşayacaq.  Belə yaşayış məntəqələrinin sakinləri yəqin ki, başqa yaşayış yerləri axtarmağa məcbur olacaqlar ki, bu da bir neçə "ruhlar şəhəri"nin yaranmasına səbəb olacaq.

Xatırladaq ki, hələ avqust ayında Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simson bildirmişdi ki, Ukrayna qış üçün lazım olan elektrik enerjisi bazasının demək olar ki, yarısını itirib.  O vaxtdan bəri vəziyyət pisləşməkdə davam edir.

Tural

Seçilən
13
news365.az

1Mənbələr