AZ

Rusiya PUA-ları Kiyevə hücum edib

Rusiya

Rusiyaya məxsus pilotsuz uçuş aparatlarından (PUA) ibarət qruplar bu gecə Ukraynaya hücuma keçib.

Reyting.az
xəbər verir ki, ilk olaraq PUA-lar Çerniqov vilayətinin şimal-qərbində aşkar edilib, onlar cənub-qərbə doğru gediblər.

Bir qrup PUA isə Jitomir vilayətinin şərqindən Bila Tserkvaya, Kiyev və Çerkassı vilayətlərinə uçub.

Hərbçilər həmçinin Sumı və Poltava vilayətlərinin sərhədində və Odessa vilayətində - İzmailin şimalında PUA-lar barədə xəbərdarlıq edib.

Daha sonra məlum olub ki, dronların dağıntılarının düşdüyü Desnyanski rayonunda Muromets parkının ərazisində yanğın baş verib. Həmçinin paytaxtda dağıntılar şəhərin Obolonski rayonunda qeydə alınıb. Hazırda mümkün dağıntılar və tələfatlar barədə məlumatlar dəqiqləşdirilir.

V. QULİYEV
Seçilən
35
50
reyting.az

10Mənbələr