AZ

Gəncədə ənənəvi yarış

Gəncə şəhərində SSRİ İdman ustası və əməkdar məşqçi İsax Cəfərovun anadan olmasının 96-cı ildönümünə həsr edilən ənənəvi respublika turniri keçirilib.

Futbolinfo.az xəbər verir ki, 36-cı dəfə təşkil olunan sərbəst güləş yarışında Bakı, Gəncə, Tovuz, Yevlax, Qazax, Şəmkir və digər şəhər və rayonların komandalarının 100-dən çox idmançısı mübarizə aparıb.

İsax Cəfərov Gəncədə güləş məktəbinin banisi kimi tanınır. Onun müəllimi olduğu Aydın İbrahimov ilk dəfə dünya çemionu olan azərbaycanlı idmançıdır.

Qeyd edək ki, yarışda yüksək yer tutan idmançılar mükafatlandırılıb.

Seçilən
20
futbolinfo.az

1Mənbələr