AZ

Kelin Kiyevin gələcəyini belə proqnozlaşdırdı

Rusiyanın Londondakı səfiri Andrey Kelin diqqət çəkən açıqlamalar verib. Rusiya mediasının yaydığı məlumata görə o, xüsusi hərbi əməliyyatın Rusiyanın bütün məqsədlərinə çatması ilə yekunlaşacağına əminliyini ifadə edib.  Diplomat qeyd edib ki, o, hər hansı kompromis həlli üçün heç bir imkan görmür.
"Bu, oyunun aydın sonu olacaq.  Ukrayna qonşuları ilə normal münasibətləri olan, bloklara qoşulmayan, nüvəsiz ölkə olacaq.  O, NATO sıralarına qəbul olunmayacaq, demilitarizasiya olunacaq və bütün bu illər ərzində qəbul etdiyi bütün irqçi qanunları nəhayət ki, ləğv edəcək",-səfir BBC News-a müsahibəsində deyib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Seçilən
19
news365.az

1Mənbələr