AZ

“Yaşıl Addımlar” adlı ekoloji mövzuda tədbir keçirilib - FOTOLAR

N.Nərimanov adına 45 nömrəli tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 ilə bağlı “Yaşıl Addımlar” adlı ekoloji mövzuda tədbir təşkil olunmuşdur.

Tədbir şagirdlər arasında ətraf mühitin qorunması və ekoloji problemlərin həllinə dair maarifləndirmə məqsədi daşıyır, eyni zamanda, tədbirdə ağaclar, quşlar və digər təbiət elementlərinin əhəmiyyəti vurğulanır, ətraf mühitin qorunması üçün uşaqlara məsuliyyət aşılanır.

Təqdimat vətənpərvərlik ruhunda açılış, rəqslər, şagirdlərin yaratdığı fləşmoblar, video və səhnəciklərlə zənginləşdirilib. Sonda ümummilli lider Heydər Əliyevin təbiətin qorunması ilə bağlı fikirləri xatırlandı.

Şagirdlərimizin möhtəşəm çıxışlarını izləmək üçün tədbirdə Nərimanov rayonunun qabaqcıl məktəb rəhbərləri, YAP Nərimanov rayon təşkilatı sədri Anar Məmmədov,  Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov, Qərbi Azərbaycan İcması - Western Azerbaijan Community  ictimai birliyinin fəal üzvü, 138 nömrəli tam orta məktəbin direktoru Mirfaiq Mirheydərli və digər ictimai xadimlər iştirak edirdi. İştirak edən, əməyi keçən hər kəsə dərin təşəkkürümüzü bildiririk!
 

Seçilən
26
adalet.az

1Mənbələr