"Roma"nın futbolçusu Nikolo Zalevski karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, bu barədə "Fanatik" məlumat yayıb.
Mənbəyə görə, polşalı oyunçu "Fənərbağça"nın diqqət mərkəzindədir. Joze Mourinyo İstanbul klubunun rəhbərliyinə transferin vacibliyini vurğulayıb. Nikolo Zalevski daha öncə də "Beşiktaş" və "Qalatasaray" kimi digər Türkiyə nəhənglərinin radarında olub.
Qeyd edək ki, sözügedən oyunçu cari mövsüm 8 rəsmi matça çıxıb.