Amerikalı milyarder İlon Mask, Donald Trampın seçki kampaniyasına 100 milyon dollardan çox ianə edib. Trampı dəstəklədiyini gizlətməyən dünyanın milyarder onun prezident seçiləməsi üçün dəridən qabıqdan çıxır.
KONKRET.az xəbər verir ki, əgər Tramp ABŞ prezidenti seçilərsə Çin lideri Si Cinpinlə dostluq münasibətləri qura bilər. İddia olunur ki, Maskın rəhbərlik etdiyi Tesla şirkəti Çində vergi güzəştlərinə sahibdir və dövlət satınalmaları siyahısına daxil edilib. Eyni zamanda, Maskın bir sıra məsələlərə baxışı Çin prezidentinin fikri ilə üst-üstə düşür. Milyarderin fikrincə, Tayvana Çin nəzarəti etməli, eyni zamanda ABŞ-də Çin avtomobillərinə tətbiq edilən rüsumlar azaldılmalıdır. Maraqlıdır ki, Trampın özü də Çindən gələn bütün mallara rüsumların azaldılmasının tərəfdarıdır.
Vəli Həsənoğlu,
KONKRET.az