AZ

İnsanlara qanundan "dərs keçən" müğənninin özü qaydaları saymır - VİDEO

Müğənni Xatirə İslam sosial şəbəkə hesabında video paylaşaraq sürücülərə səslənib. Avtosfer.az xəbər verir ki, o, qaydaları pozan, avtomobili düzgün idarə edə bilməyən sürücülərə öz etirazını bildirib. Lakin həmin vaxtı özü qaydaları pozub. Belə ki, çəkiliş zamanı sərnişin qismində olsa da belə hərəkət zamanı təhlükəsizlik kəmərindən istifadə etməyib.

Digər paylaşdığı videolarda isə müğənni həmkarı Rüfət Axundovun avtomobilində gedən zaman, həmçinin özü avtomobil idarə edən zaman təhlükəsizlik kəmərindən istifadə etməyib.

Qeyd edək ki, bu qayda pozuntularına görə, hər iki müğənni inzibati qaydada məsuliyyətə cəlb edilə bilər.

 

Fərid

Seçilən
37
avtosfer.az

1Mənbələr