AZ

“Ailə Park”ın səhlənkarlıqda təqsirləndirilən direktorundan xəbər var

“Ailə Park” QSC-nin direktoru Hüseyn Mədətovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası noyabrın 5-nə təyin edilib.

 

Şikayət hakim Zamin İbrahimovun sədrliyi ilə araşdırılacaq.

 

Xatırlatma: Nərimanov Rayon Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib. İş üzrə verilmiş mülki iddia qismən təmin edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, Hüseyn Mədətovun apellyasiya şikayəti təmin edilməyib. Ali Məhkəmə də qərarı dəyişdirmədən qüvvədə saxlayıb.

 

Qeyd: “Ailə Park” QSC-nin direktoru Mədətov Hüseyn Emin oğlu Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsilə ittiham olunur.

 

İttihama görə, o, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən istifadəyə yararsız evlərin sökülərək yerində çoxmərtəbəli “Whitestone Towers” yaşayış kompleksinin inşası aparılarkən cəmiyyətin işçiləri tərəfindən aparılan söküntü işlərinə lazımı qaydada nəzarət etməyib və müvafiq tapşırıqlar verməyib.

 

Belə ki, qeyd olunan yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasının təmin etməməsi və sökülmələrinin qarşısını almaması nəticəsində 2022-ci ildə 4 vətəndaşa məxsus xüsusi mülkəyyətlərində olan əmlaklar sökülüb və həmin vaxt orada olan əşyalar məhv olunub. Nəticədə zərərçəkmiş şəxslərə ümumilikdə 728 893 manat dəyərində ziyan dəyib.

 

Vətəndaşların şikayəti əsasında saxlanılan şirkət direktoru barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbir seçilmişdi.

 

Kamal Məmmədov

 

 

 

Tarix: 4 Noyabr 2024, 09:57   
Seçilən
21
2
pravda.az

3Mənbələr