"Real"ın sabiq futbolçusu Sami Xedira Ançelotti ilə bağlı xatirələrini bölüşüb.
Bu barədə məlumatı "La Gazzetta dello Sport" yayıb. Veteran oyunçu bunları söyləyib:
" 2013-cü il zədədən sonra o, mənə çox dəstək olub. Xatırlayıram zədəmlə bağlı həmişə soruşar məsləhətlər verərdi. Sonuncu dəfə sağalmağımı və Çempionlar Liqasının finalına hazır olmağımı istəmişdi. O, çox yaxşı motivasiya verirdi".
Qeyd edək ki, sözügedən oyunçu 2010-2015-ci illərdə "Real"ın şərəfini qoruyub.