AZ

Rusiya buğda üçün ixrac rüsumunu artırır

Rusiya Federasiyası buğda üçün ixrac rüsumunu noyabrın 7-dən 10,8% artarır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiyanın kənd təsərrüfatı nazirliyi məlumat yayıb.

Belə ki, rüsumun məbləği  2517 rubl (43 manat 86 qəpik) təşkil edəcək.

Bildirilib ki, digər taxıl məhsullarının rüsumlarında da xeyli artım olacaq. Beləki, arpa üzrə tarif 802 rubldan - 1266,2 rubla və qarğıdalı üçün tariflər 2702,1 rubldan - 3059,9 rubla qalxacaq.

Seçilən
54
iqtisadiyyat.az

1Mənbələr