Bakı. Trend:
Boliviyanın Koçabamba şəhəri yaxınlığında yerləşən hərbi hissəsilahlı bir qrup tərəfindən ələ keçirilib və 200-dən çox hərbçigirov götürülüb.
Trend xəbərverir ki, bu barədə Boliviya Ordusunun açıqlamasındabildirilib.
Açıqlamada, həmin qrupun çoxlu sayda silah və sursata da əlqoyduğu qeyd olunub.
Məlumatda, silahlı qrup Koçabamba yaxınlığındakı hərbi hissəni"dərhal və dinc yolla" tərk etməyə çağırılıb, əks halda, onların buhərəkətlərinin "ölkəyə xəyanət" kimi qiymətləndiriləcəyivurğulanıb.
Boliviyanın Xarici İşlər Nazirliyi hadisə zamanı girov götürülənhərbi personalın sayının 200-dən çox olduğunu qeyd edib və Dövlətbaşçısı Luis Arse isə silahlı qrupun keçmiş Dövlət başçısı EvoMoralesə bağlı olduğunu iddia edib.
Qeyd edək ki, daha əvvəl digər 3 hərbi hissə də silahlıqrupların hücumuna məruz qalmış və bir çox əsgər girovgötürülmüşdü.