AZ

Braziliyalı hücumçunu satmaq istəmir - Premyer Liqa klubuna

“Real Madrid” braziliyalı hücumçusu Rodriqo ilə bağlı qərar verib.

Sportinfo.az xarici mətbuata istinadən xəbər verir ki, “kral klubu” futbolçunu satmağı planlaşdırmır.

Onun xidmətində “Mançester Siti” və “Liverpul” maraqlı olsa da, Madrid klubunun prezidenti Florentino Peres Rodriqonu İspaniya nəhəngində saxlamaqda israrlıdır.

Hücumçu 2019-cu ilin yayından “Real”da çıxış edir. Onun klubla müqaviləsi 2028-ci ilin iyununda başa çatır.

“Transfermarkt” portalı futbolçunu 110 milyon avro qiymətləndirir.

Seçilən
26
sportinfo.az

1Mənbələr