Rusiya ordusu Xarkova yeni zərbələr endirib. Hazırda üç nəfərin yaralandığı məlumdur.
Şəhər meri İqor Terexov özünün Telegram kanalında iki silsilə partlayış barədə məlumat verib. Birinci halda, KAB Xarkovu vurub, qalan hücumlar isə şəhərətrafı ərazilərdə olub. Meşəlik əraziyə hava bombası düşüb, itki və dağıntı olmayıb.
İkinci hücumdan sonra şəhərin Şevçenko rayonunda raket buraxılışları qeydə alınıb. Çoxmərtəbəli binaların yaxınlığındakı supermarketdə partlayış olub, 3 nəfər xəsarət alıb. Elektrik xətləri və quru nəqliyyatı da zədələnib, evlərin şüşələri sınıb.
//Samir Qurbanov, Editor.az