AZ

Dövlət Gömrük Komitəsinin COP29-la bağlı gördüyü işlər açıqlanıb

Bakı.Trend:

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyası (COP29) gömrük məsələləri ilə bağlımüəyyən edilmiş tapşırıqlarla əlaqədar Dövlət Gömrük Komitəsində“COP29 – Gömrük Komissiyası” yaradılıb və “Dövlət Gömrük Komitəsitərəfindən görüləcək işlərə dair Tədbirlər Planı” hazırlanıb.

Bu barədə Trend-ə DövlətGömrük Komitəsindən məlumat verilib.

Bildirilib ki, tədbirlər planına uyğun olaraq sürətli sərhədkeçidinin və rəsmiləşdirilmənin təmin edilməsi, təmassızyoxlamaların həyata keçirilməsinində texnologiyaların istifadəedilməsi, məlumatlandırma və maarifləndirmə istiqamətində müvafiqişlər həyata keçirilib.

Tədbirin təşkili məqsədilə gətirilən material və avadanlıqlarınrəsmiləşdirilməsinin sürətləndirilməsi üçün Bakı OlimpiyaStadionunun ərazisində “COP29 – müvəqqəti gömrük nəzarət zonası”yaradılıb və orada fəaliyyət göstərən əməkdaşlarmüəyyənləşdirilib.

Ölkəmizə səfər edən şəxslərin özləri ilə gətirəcəkləri əşyalarınelektron qaydada öncədən bəyan edilməsi prosesindətəkmilləşdirilmələr aparılıb. Belə ki, sadələşdirilmiş gömrükbəyannamələrinin daha asan və sürətli tərtib eilməsi məqsədiləKomitənin müvafiq portalında media nümayəndələri üçün mal adlarınınqısa yol keçidləri hazırlanıb, həmçinin bəyannamələrin təsdiqinin“QR kod”la həyata keçirilməsi mexanizmi yaradılıb.

Təhlükəsizliyin gücləndirilməsi məqsədilə gömrük orqanları sontexnoloji imkanlara cavab verən baxış-rentgen texnikaları, mobil vəstasionar yoxlama baxış sistemləri, baqaj yoxlama cihazları vədigər texniki nəzarət vasitələri ilə təmin edilib.

Tədbir iştirakçılarının və ölkəmizə gələn qonaqların gömrükqaydaları ilə bağlı məlumatlandırılması məqsədilə gömrüksərhədindən keçirilən mallarla bağlı qanunvericiliyin tələblərinədair məlumatlandırıcı və izahedici videoçarxlar hazırlanaraqKomitənin rəsmi internet səhifəsində yerləşdirilib, həmçinin“cop29.az” rəsmi internet saytına inteqrasiya olunub.

Eyni zamanda gömrük əməkdaşları üçün zəruri sahəvi biliklərinartırılması, xidmət keyfiyyətinin yüksəldilməsi istqamətindətəlimlər keçirilib.

Xəbər yenilənəcək

Məqalədə:
Seçilən
36
22
az.trend.az

10Mənbələr