Milli Məclisin iclası zamanı bəzi sakinlər, o cümlədən dağ kəndlərində yaşayan vətəndaşlar üçün qaz və elektrik limitinin ləğv edilməsi məsələsi müzakirəyə çıxarılıb.
BAKU.WS-in məlumatına görə, belə bir təkliflə deputat Əli Məsimli çıxış edib.
Millət vəkili bildirib ki, dağ kəndlərində hava soyuq keçdiyi üçün qazdan istifadə çoxalır və limitin tətbiq olunması vətəndaşların büdcəsinə ziyandır:
"Qaz və eleketrik enerjisi limiti məsələsinin aradan qaldırılmasını vacib hesab edirəm. Fikrimcə, bu dövlətə maliyyə yükü olmayacaq. Sadəcə dağ kəndlərində yaşayanların vəziyyətinin yaxşılaşdırılması istiqamətində irəliyə doğru çox yaxşı addım olacaq".