AZ

Zabratda məşhur marketin ərtafı zibilxanaya çevrilib- FOTO

Sabunçu rayonu, Zabrat 1 qəsəbəsində, hər gün yüzlərlə adamın keçdiyi bu yol “Ayxan Market”in arxası zibilxanaya çevrilib. Avtosfer.az xəbər verir ki, bu barədə ərazidə yaşayan sakinlər şikayətçidır. Belə ki, zibil konteynerlərini də bura həmin marketin yığdığı, yəni buranı zibilxana etdiyi deyilir.

Gün ərzində marketdən çıxan çürümüş, yararsız meyvə-tərəvəz konteynerlərə atılır və nəticədə zibilin suyu yola axır. Ətrafı üfunət götürür, acınacaqlı vəziyyət yaranır. Zibilin çox hissəsi ətrafda qalaqlanır.

Qeyd edək ki, bu yaxınlarda İnzibati Xətalar Məcəlləsinə dəyişikliyə əsasən, məişət tullantılarının zibil qabından kənar yerlərə atılmasına görə cərimələr artırılıb.

Fərid

Seçilən
22
avtosfer.az

1Mənbələr