Olaylar.az xəbər verir ki, Lavrov, Şimali Koreya xarici işlər naziri Çoy Son Xi ilə görüşündə iki ölkənin hərbi strukturları və təhlükəsizlik xidmətləri arasında çox sıx əlaqələr qurulduğunu vurğulayıb.
Lavrov bu əməkdaşlığın hər iki ölkə vətəndaşlarının təhlükəsizliyi üçün praktik əhəmiyyət daşıyan məsələlərin həllinə imkan verdiyini qeyd edib.
Xatırladaq ki, iyun ayında Rusiya prezidenti Vladimir Putin Şimali Koreyaya rəsmi dövlət səfəri zamanı lider Kim Çen In ilə hərtərəfli strateji tərəfdaşlıq haqqında müqavilə imzalayıb. Sənədin ən vacib maddəsi hər iki ölkənin hücuma məruz qalacağı təqdirdə bir-birinə hərbi və digər yardımlar göstərməsini nəzərdə tutur.
Putin həmçinin bildirib ki, Rusiya və Şimali Koreya ikitərəfli əlaqələri bütün sahələrdə sistemli şəkildə inkişaf etdirməyə davam edəcək.