AZ

Başqa planetdən mesaj gəlib: alimlər yadplanetlilərin nə demək istədiyini araşdırır

Başqa

Marsdan göndərildiyi güman edilən "yadplanetli siqnalı" uzun sürən çalışmalardan sonra nəhayət ki, deşifrə edə biliblər. Amerikalı alimlərin fikrincə, naməlum və yad siqnal forması əslində tərkibinə görə tam amin turşuları şəklindədir.

Reyting.az
-ın məlumatına görə, ABŞ sakinləri Ken Çaffin və qızı Keli bir il ərzində elm ictimaiyyəti üçün böyük sirr kimi qalan "yadplanetli" mesajını çox çətinliklə olsa da, deşifrə ediblər. Məlum olub ki, həmin naməlum siqnal tədqiqat layihəsi çərçivəsində Yer planeti nöqtələrinə Avropa Kosmik Agentliyinin "ExoMars" orbitindən göndərilib.

Yad mənşəli, sirli, uzun müddət naməlum qalan bu siqnal Yer kürəsinə 2023-cü ilin may ayında gəlib və daha sonra planetimizdəki üç radio rəsədxanası tərəfindən götürülüb. Bundan sonra əldə edilən məlumatlar mülki elm adamlarının araşdırması üçün əlçatan olub. Üstəlik, on gün ötəndən sonra onlar yad mesajı xam məlumatlardan çıxara biliblər, lakin onu deşifrə etmək çox çətinliklə başa gəlib.

Rəsmi olaraq Ken və Keli Çaffinin bu problemi uğurla həlli etdikləri barədə məlumat verildikdən sonra Avropa Kosmik Agentliyi digər elmi təfərrüatlar barədə məlumatlar paylaşıb.

Məlumata görə, şifrələnmiş bu kosmik mesajın zülalların əsas "tikinti blokları" olan beş amin turşusunun quruluşunun təsviri olduğu üzə çıxıb. Bu simvolik kodlar həm də alimlərdir. Eyni zamanda həmin şifrənin kosmosda yaşayan şairin, radio rabitəsi mühəndisinin, fizikin, kosmos hüququ sahəsində çalışan hüquqşünasın daxil olduğu böyük qrupun təşəbbüsü ilə "imitasiya edilmiş yadplanetlilər" xüsusi komandası tərəfindən yaradıldığı deyilir.

Bu yeni kəşf "Sign in Space" elmi, kosmik layihəsi, həmçinin yerdən kənar canlıları araşdırmaqla məşğul olan SETI İnstitutu və Qərbi Virciniyada yerləşən Qrin-BenkRəsədxanasının tərəfindən dəstəklənib.

Xəbərdə bildirilir ki, bu naməlum siqnalın deşifrə edilməsi uzun müddət, saatlarla davam edən kompüter simulyasiyalarını tələb edib.

"Əcnəbilərin" Yer kürəsinə belə bir qəribə mesaj yollayıb və məhz amin turşularının şəkillərini göndərməklə hansı vasitələrlə, nə ilə ünsiyyət qurmağa çalışdıqları sualı isə hələ də sirr olaraq qalır.

Hazırda alimlər xüsusi "Discord" serverində müəyyən qədər elm üçün açıq olan mesajın mümkün görünən şərhlərini müzakirə edib, ona müxtəlif izahlar verməklə məşğuldurlar.

İndi elm adamlarını düşündürən bəlkə də ən vacib suallardan biri budur:

- Bu mesaj, kosmosdan göndərilən sirli siqnal həqiqətən hipotetik yadplanetlilərin dinc niyyətlərinin olub-olmaması barədə nəsə deyir, yoxsa onların əsl məqsədləri başqadır?

Oqtay QORÇU
Seçilən
21
reyting.az

1Mənbələr