“Bəzi siyasi dairələr qələbəmizə qısqanclıqla baxır”.
KONKRET.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fariz İsmayılzadə deyib.
O bildirib ki, bunu qələbəmizin cəzası kimi qiymətləndirmək olar:
“Azərbaycan torpaqları işğaldan olanda da, ərazilərimizi azad edəndə də ölkəmizə sanksiyalar tətbiq edilib. Son 30 ildə bu, davamlı hal alıb. Bunun səbəblərin analiz edəndə bir neçə nəticə ortaya çıxır. Birinci məsələ erməni lobbisidir. Bəzi beynəlxalq təşkilatların hesabatında görürük ki, onların müəllifləri ermənidir. Amma təkcə bu faktor əsas deyil. Din məsələsi də önəmlidir. Bundan başqa son illərdə Paşinyan demokratiya oyunu oynayır. Bununla da simpatiya qazanır. Qeyd etdiyim kimi, sanksiyalardan bütün mümkün vasitələrdən istifadə olunur. Cənubi Qafqazda yeni reallıqlar formalaşır. Ermənistan özünü Avropanın uşağı kimi göstərmək istəyir. Azərbaycan isə sanki kənarda qalıb. Həmçinin Qərb tərəfində ermənilər yenidən silahlandırılır. Bundan başqa, onlar İT sahəsində də güclüdürlər. Süni intellektdən istifadə edirlər. Düşünməliyik ki, dünyada müharibələr necə formalaşır. Təhdidlər nəticəsində dünyada Qarabağ mövzusu yenidən altivləşə bilər. Bizə qarşı beynəlxalq sənədlər qəbul olunur. Biz də vaxtı ilə BMT qətnamələrindən istifadə etmişik. İndi qəbul olunan sənədlər də bizə qarşı yeni ərazi iddiaları ola bilər. Ölkəmizə qarşı yeni təhdidlər formalaşır”.
Məlik,
KONKRET.az