AZ

İrakli Kobaxidze: “Xaricdən maliyyə alanlar Gürcüstanda inqilab etməyə çalışırlar”

Yazını böyüt
Yazını kiçilt

“Xarici maliyyədən bəhrələnənlər Gürcüstanda inqilabı təşviq etməyə çalışırlar. Hesab edirik ki, bu halda onların maliyyələşdirilməsi tam şəffaf olmalıdır”.

Hafta.az-ın yazdığına görə, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze İtaliyanın “Sky” telekanalına müsahibəsində bildirib.

Hökumət başçısının sözlərinə görə, ailə dəyərlərinin qorunması haqqında qanun insan hüquqlarını məhdudlaşdırmır, təbliğatın məhdudlaşdırılmasından gedir.

“İndiki mərhələdə konkret məsələlərlə bağlı çətinliklərimiz var. Məsələn, Gürcüstan parlamentinin qəbul etdiyi şəffaflıq haqqında qanunu götürək. Xarici maliyyədən bəhrələnən biri Gürcüstanda inqilabı təşviq etməyə çalışanda biz hesab edirik ki, bu halda onun maliyyələşməsi tam şəffaf olmalıdır. Ailə dəyərlərinin qorunması haqqında qanun insan hüquqlarını məhdudlaşdırmır. Bu, təbliğatın məhdudlaşdırılması ilə bağlıdır. Bu qanun insan haqları standartlarına cavab verir”, – baş nazir bildirib.

Seçilən
34
50
hafta.az

10Mənbələr