ABŞ prezidentliyinə demokrat namizəd Kamala Harris noyabrın 5-də ölkədə keçiriləcək ümumi seçkilərdə vaxtından əvvəl səs verib.
Vitse-prezident Miçiqan ştatında jurnalistlərə deyib: “Mən indicə poçtla göndərilən seçki bülletenimi doldurdum”. Yayım Amerika televiziya xəbər şirkətləri tərəfindən həyata keçirilib.
“Mənim bülletenim Kaliforniyaya gedir. Mən bülletenləri ora çatdıracaq sistemə inanıram”, – deyə siyasətçi əlavə edib.
Qəzza zolağındakı vəziyyətdən danışan o, yenidən döyüşlərin dayandırılmasına və girovların azad edilməsinə çağırıb.