AZ

50 ildən sonra Aya geri dönüş: NASA 9 bölgə müəyyən etdi

NASA Artemida III missiyası çərçivəsində 50 ildən sonra Aya astronavtların enəcəkləri 9 bölgə müəyyən edib.

Turkustan.az xəbər verir ki, NASA-nın Aya qayıtmaq üçün hazırlıqları sürətlənib.

Artemida III missiyası ilə Aya enişin ediləcəyi bölgələr kosmos agentliyi tərəfindən müəyyən edilib.

Bu missiya ilə astronavtlar 50 ildən sonra yenidən Ayın səthinə çıxacaqlar.

Aydan Marsa Proqramının direktor müavini Lakiesha Hawkins, "Artemis bəşəriyyəti Aya qaytaracaq və kəşf edilməmiş əraziləri görəcək" dedi.

NASA enişin Ayın cənub qütbünə yaxın olması planlaşdırılan əraziləri müəyyən edib. Lunar Reconnaissance Orbiter kosmik gəmisindən və müxtəlif tədqiqat məlumatlarından istifadə etməklə aparılan müayinələr nəticəsində Slater Plain, Nobile Rim 1 və 2, Mons Mouton, de Gerlache Rim 2, Mons Mouton Plateau, Malapert Massif, Haworth və Cabeus B yaxınlığında pik ərazilər seçilib.

Seçilmiş bölgələrin elmi dəyərləri də təhlil edilmişdir. Hər bir bölgənin Günəş sisteminin və qayalı planetlərin tarixinə yeni işıq salmaq potensialı var. Ayın cənub qütbündə su kimi ehtiyatların saxlanıla biləcəyi daha əvvəl astronavtlar tərəfindən tədqiq edilməmiş daimi kölgəli sahələr var.

NASA-nın Artemida missiyasının Ay elmi işçisi Sara Noble, "Ayın cənub qütbü Apollon missiyaları zamanı endiyimiz yerdən tamamilə fərqli bir mühitdir" dedi. Bu bölgə Ayın ən qədim ərazilərinə, həmçinin su və digər birləşmələri ehtiva edən soyuq, kölgəli ərazilərə çıxış təklif edə bilər.

NASA missiyanın kosmik gəmi marşrutu, orbital yolları və səth şəraiti kimi elementləri müəyyən etmək üçün Artemida III missiyasının zamanında çeviklik təmin edən bu bölgələri daha da araşdıracaq. Agentlik gələcəkdə Artemis IV və Artemis V kimi əlavə missiyalar üçün uyğun ərazilərin axtarışını davam etdirəcək.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Seçilən
42
3
turkustan.az

5Mənbələr