“Qələbəmizi cəzalandırmağa qalxanlar görsələr ki, Paşinyan Bakıya gəlib düşmənçiliyə son qoymağa razılıq verir, onu ya sərt sanksiyaya, ya da İshaq Rabinin taleyinə məruz qoyacaqlar”.
Bakıvaxtı.az xəbər verir ki, bunu “Parlamentlər və qlobal sanksiya tendensiyaları: qanunvericilik orqanında siyasi lobbiçilik beynəlxalq hüquqa maneədir” mövzusunda kitab təqdimatına həsr edilmiş dəyirmi masada Milli Məclisin deputatı, STM idarə heyətinin sədri Zahid Oruc deyib.
Z.Orucun sözlərinə görə, sanksiya və embarqo planlarını zərərsizləşdirməyin bir yolu var ki, o da İrəvanı Qərbin əlindən almaqdır.
“Söhbət ərazini hərbi yolla ələ keçirməkdən getmir, məqsədimiz Bakı və İrəvanın qarşıdurmasına son qoyub, qlobal təzyiqlərdən xilas olmalıyıq”.
Mina Mikayılova