AZ

"Sosial şəbəkələrdə COP29-la bağlı antitəbliğatın arxasında Qərb dayanır" - AÇIQLAMA

Ötən günlərdə COP29 öncəsi sosial şəbəkə platformalarında tədbirin əleyhinə genişmiqyaslı aktiv kampaniya aparan əksər profillərin koordinasiya olunmuş və kütləvi formada saxta hesablardan istifadə etməsi faktları aşkarlandı. Bununla bağlı Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası və Medianın İnkişafı Agentliyi (MEDİA) birgə açıqlama yaydı. Qeyd edildi ki, saxta profillər #COP29 həştəqi altında eyni anda, eyni məzmunlu avtomatlaşdırılmış cavablar yerləşdirərək bot sistemləri vasitəsilə məzmun manipulyasiyası həyata keçirir və ictimai rəyi çaşdırmağa cəhd göstərir.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, antitəbliğat məqsədilə sosial media platformalarından istifadə edilməsi təsadüfi deyil:

 

“Çünki sosial şəbəkələr daha çox ictimai rəy yaratmaq qabiliyyətinə malikdir. Bu da onun auditoriyasının daha geniş olması ilə izah edilir. Əlbəttə, texnoloqlar bu məsələni yaxşı bilirlər. Odur ki, sosial medianın imkanlarından istifadə etməyə çalışırlar. Məsələnin digər tərəfinə gəldikdə, Qərb dövlətləri zamanında COP29-un Azərbaycanda keçirilməsini dəstəkləyib və bununla bağlı yekdil qərar veriblər. Bu o deməkdir ki, Qərb dairələri rəsmi Bakıya inanır, etibar edir. Əgər Azərbaycana etimad göstərilməsə idi, onda niyə COP29-un Bakıda keçirilməsi ilə bağlı yekdil qərar verilirdi? Ancaq hazırda Qərb dairələrinin COP29-la bağlı ortaya qoyduqları mövqe onların müvafiq qərarlarına ziddir. Bu isə riyakarlıq və ikiüzlülük nümunəsidir”.

 

K.Novruzov qeyd etdi ki, Qərb Azərbaycanın COP29 kimi mötəbər tədbirə ev sahibliyini həzm edə bilmir:

 

“COP29 ərəfəsində Bakının ev sahibliyinə, həmçinin Azərbaycanın artan nüfuzuna kölgə salmaq məqsədilə bütün imkanlardan istifadə edilir. İstisna deyil ki, belə təzyiqlər, qarayaxma kampaniyaları gələcəkdə də davam edəcək. Həmçinin COP29 dövründə də oxşar cəhdlərin olması mümkündür. Əlbəttə, bu cəhdlər nəticə verməyəcək, Qərb ictimai rəyi mənfi istiqamətdə dəyişməyi bacarmayacaq”.

 

Günay 

Seçilən
16
1
sfera.az

2Mənbələr