AZ

Hündürmərtəbəli binaların təhlükəsi - Zəlzələ, sürüşmə, yanğın zamanı...

Son zamanlarda həm dünyada, həm də ölkəmizdə baş verən bədbəxt hadislərin (zəlzələ, yanğın və s.) artımı insanları narahat edir. Bir neçə gün öncə Xırdalandakı hündürmərtəbəli binada baş verən yanğın hadisəsi zamanı diqqət çəkən bir məqamda binaların bir-birinə nə qədər yaxın olması idi. Bu zaman ağıllara bir sualı gəlir: Tikilən hündürmərtəbəli yaşayış binları niyə bir-birilərinə bu qədər yaxındır və bu hansı problemlər yarada bilər?

Məsələ ilə bağlı News24.az-a danışan tikintidə təhlükəsizlik üzrə mütəxəssis Samir Nəbiyev deyib ki, standartlara əsasən, binalar arasındakı məsafə minumum 6 metrdən, həyət evlərində isə 3 metrdən az olmalı deyil. 

"Binaların hündür olan hissələrində, həyətyanı sahələrdə 20 metrə qədər ara məsafəsi götürmək olur. 20 metrə qədər məsafə ilə vətəndaşların həm məxfiliyi, həm də təhlükəsizliyi qorunmuş olur", - deyə o əlavə edib.


O qeyd edib ki, Azərbaycanda 2000-ci illərdə tikinti bumu zamanı Bakı şəhəri və ətraf rayonlarda şəhərin ansamblı pozuldu, norma və qaydalara riayət olunmadı:

"Beton və armatur standartlarına nə qədər riayət edildiyi isə bilinmir. Bilinən isə şəhər və ya qəsəbələr salınan zaman ümumi ansamblın, görüntünün pozulmasıdır. Məsələ təkcə bununla yekunlaşmır və digər problemlərə gətirib çıxardır. Məsələn, sürüşmə, zəlzələ, yanğın və s. kimi hadisələr zamanı adiyyəti qurumlar həmin əraziyə, hadisəyə ya müdaxilə edə bilməyəcək və ya müəyyən çətinliklərlə üzləşəcək".

Günel Məlikzadə

Seçilən
9
2
news24.az

3Mənbələr