AZ

Hindistanda avtobus 200 m hündürlükdən dərəyə aşdı - ən azı 23 nəfər ölüb

Hindistanın şimalındakı Marçula şəhəri (Uttarakhand ştatı) yaxınlığında avtobusun dərəyə düşməsi nəticəsində azı 23 nəfər ölüb, 10 nəfər yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “The Times of India” rayonun təbii fəlakətlərin idarə olunması üzrə məsul əməkdaşına istinadən məlumat yayıb.

NDTV kanalının məlumatına görə, 45 nəfərlik avtobusun sürücüsü dağ yolunun çətin hissəsində idarəetməni itirib və avtomobil təxminən 200 m hündürlükdən uçuruma düşüb.

Zərərçəkənlərin yaxınlıqdakı xəstəxanalara aparıldığı qeyd edilir. Ən azı beş nəfər hələ də itkin sayılır.

Hadisə yerində xilasetmə işləri davam edir.

Seçilən
43
3
ucnoqta.az

4Mənbələr