Sumqayıtda gecə vaxtı quraşdırılan obyekt sakinlərin etirazına səbəb olub.
Medianews.az xəbər verir ki, bu barədə milli.az-a sakinlər müraciət ediblər.
Sakinlərin sözlərinə görə, Sumqayıt şəhəri, 13-cü mikrorayon, bina 6 ünvanın qarşısında yerləşən yaşıllıq sahədə və yolun üzərində qanunsuz obyekt quraşdırmaq istəyiblər.
Sözügedən şəxslər obyekti gecə vaxtı quraşdırıblar və ərazidə olan ağaclara da müəyyən qədər zərrər vurublar.
Sakinlərin etirazından sonra tikinti işləri dayandırılıb.
Sumqayıt şəhər İcra Hakimiyyətindən bildirilib ki, məsələ araşdırılır.