Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın Ukrayna ilə ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin eyni dövrünə nisbətdə 38,8 faiz artaraq 342,8 milyon dolları üstələyib.
İxrac – idxal:
Azərbaycandan Ukraynaya ixrac: 136,6 milyon dollar (+79,9 faiz)
Ukraynadan Azərbaycana idxal: 206,2 milyon dollar (+20,5 faiz)
Cari ilin ilk 9 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Ukrayna ilə ticarətin payı 0,99 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 0,36 faiz bəndi çoxdur.
Mənbə: Dövlət Gömrük Komitəsi