Cari ilin oktyabr ayının 1-inə olan məlumata görə, ölkə ərazisində fəaliyyət göstərən banklardakı əmanətlərin həcmi 14 milyard 163 milyon 954 min manat olub.
Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, qoyulan əmanətlərin orta faiz dərəcəsi 4,22 % təşkil edib.
Ən əmanət qoyulan ərazi Bakı iqtisadi rayonu olub. Belə ki, Bakı iqtisadi rayonunda cəlb olunmuş əmanətlərin həcmi 12 milyard 561 milyon 956 min manat, orta faiz dərəcəsi isə 4,10 % olub.
Ən yüksək faiz dərəcəsi isə Abşeron-Xızı iqtisadi rayonunda qeydə alınıb. Belə ki, bu iqtisadi rayonda banklara qoyulan əmanətlərin həcmi 453 milyon 752 min manat, orta faiz dərəcəsi isə 6,08 % olub.
Digər iqtisadi rayonlarda cəlb olunmuş əmanətlərin həcmi və orta faiz dərəcəsi belədir:
Bakı iqtisadi rayonu – 12 milyard 561 milyon 956 min manat, 4.10 % orta faiz dərəcəsi
Abşeron-Xızı iqtisadi rayonu – 453 milyon 752 min manat, 6.08% orta faiz dərəcəsi
Gəncə-Daşkəsən iqtisadi rayonu – 219 milyon 890 min manat, 5.90% orta faiz dərəcəsi
Quba-Xaçmaz iqtisadi rayonu – 138 milyon 17 min manat, 5.04% orta faiz dərəcəsi
Şəki-Zaqatala iqtisadi rayonu – 127 milyon 350 min manat, 4.06% orta faiz dərəcəsi
Lənkəran-Astara iqtisadi rayonu – 123 milyon 489 min manat, 5.07% orta faiz dərəcəsi
Mərkəzi Aran iqtisadi rayonu – 115 milyon 606 min manat, 5.11% orta faiz dərəcəsi
Qazax-Tovuz iqtisadi rayonu – 114 milyon 713 min manat, 5.30% orta faiz dərəcəsi
Qarabağ iqtisadi rayonu – 84 milyon 540 min manat, 4.52% orta faiz dərəcəsi
Şirvan-Salyan iqtisadi rayonu – 67 milyon 876 min manat, 4.00% orta faiz dərəcəsi
Naxçıvan iqtisadi rayonu – 64 milyon 684 min manat, 3.62% orta faiz dərəcəsi
Mil-Muğan iqtisadi rayonu – 48 milyon 806 min manat, 3.18% orta faiz dərəcəsi
Dağlıq Şirvan iqtisadi rayonu – 43 milyon 274 min manat, 4.67% orta faiz dərəcəsi
Əvəz Həsənov