AZ

Boliviyada hərbi hissəyə hücum: 200-dən ÇOX HƏRBÇİ GİROV GÖTÜRÜLDÜ

Boliviyanın Koçabamba şəhəri yaxınlığında yerləşən hərbi hissə silahlı bir qrup tərəfindən ələ keçirilib və 200-dən çox hərbçi girov götürülüb.

Korrespondent.az yerli KİV-ə istinadən bildirir ki, Boliviya Ordusunun yaydığı açıqlamada belə deyilir.

Açıqlamada, həmin qrupun çoxlu sayda silah və sursata əl qoyduğu da qeyd olunub.

Məlumatda, silahlı qrup Koçabamba yaxınlığındakı hərbi hissəni "dərhal və dinc yolla" tərk etməyə çağırılıb, əks halda, onların bu hərəkətlərinin "ölkəyə xəyanət" kimi qiymətləndiriləcəyi vurğulanıb.

Boliviyanın Xarici İşlər Nazirliyi hadisə zamanı girov götürülən hərbi personalın sayının 200-dən çox olduğunu qeyd edib. Dövlət başçısı Luis Arse isə silahlı qrupun keçmiş dövlət başçısı Evo Moralesə bağlı olduğunu iddia edib.

Qeyd edək ki, daha əvvəl digər 3 hərbi hissə də silahlı qrupların hücumuna məruz qalmış və bir çox əsgər girov götürülmüşdü.

Seçilən
11
4
korrespondent.az

5Mənbələr