Hindistanın Marçula şəhəri (Uttarakhand ştatı) yaxınlığında avtobusun dərəyə aşması nəticəsində azı 23 nəfər həlak olub, 10 nəfər isə xəsarət alıb.Bu barədə “Times of India” nəşri məlumat yayıb.NDTV telekanalının məlumatına görə, 45 yerlik avtobusun sürücüsü dağ yolunda idarəetməni itirib və maşın təxminən 200 metr hündürlükdən uçuruma düşüb.Bildirilir ki, yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. Ən azı beş nəfər itkin düşmüş hesab olunur.Hadisə yerində xilasetmə işləri davam edir.
Diqqət Çəkənlər
İldırımdan necə qorunmaq olar?
Dünyada ən çox yeyilən qida məhsulları
Nərimanov rayonunda təkər və məişət tullantıları yanıb