AZ

Elzadan növbəti şeir: "Sındırmağa qozum yoxdur, sındırıram..."

Əməkdar artist Elza Seyidcahan yeni şeiri ilə gündəmə gəlib. Publika.az xəbər verir ki, onun şeiri izləyicilər tərəfindən maraqla qarşlanıb.

 

Sözügedən şeiri təqdim edirik:

 

Ağlamağa vaxtım yoxdur.

İstəmirəm o vaxtı.

Oturmağa halım yoxdur,

İstəmirəm o taxtı.

 

Sındırmağa qozum yoxdur,

Sındırıram fındığımı.

Tozum yoxdur çırpmağa,

Sözüm yoxdur çığırmağa.

 

Ağlamağa vaxtım yoxdur,

İstəmirəm o yası.

İstəmirəm ağlamağa.

Tarix: 4 Noyabr 2024, 12:05   
Seçilən
22
10
pravda.az

10Mənbələr