AZ

Qəzzada müharibəni bitirmək üçün əlimizdən gələni edəcəyik - Kamala Harris

Bakı,TurkicWorld

Qəzzada müharibəyə son qoymaq və fələstinlilərin hüququnu təmin etmək üçün əlimizdən gələni edəcəyik.

TurkicWorld xəbər verir ki, bu sözləri ABŞ-ın vitse-prezidenti və Demokrat Partiyasının noyabrın 5-də keçiriləcək seçkilərdə prezidentliyə namizədi Kamala Harris deyib.

Harris bu barədə Amerika müsəlmanlarının və ərəblərin cəmləşdiyi Miçiqan ştatında keçirilən seçki kampaniyasında çıxış edib.

O, bu ilin Qəzza və Livanda baş verənlərə görə çətin keçdiyini ifadə edib.

Seçilən
6
turkic.world

1Mənbələr