AZ

BQXK nümayəndələri Qarabağ separatçılarına baş çəkib

Bakı. Trend:

Oktyabr ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK)əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş çəkiblər.

Bu barədə Trend-in sorğusuna cavab olaraq BQXK-nın Azərbaycannümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahəHüseynova məlumat verib.

Bildirilir ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilibvə onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb.

"Mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanısaxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir.BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və yadavam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğunolaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnızsaxlayan tərəflə paylaşılır və müzakirə edilir", - deyə məlumatdaqeyd olunub.

Qeyd edək ki, istintaqı Baş Prokurorluq və DTX əməkdaşlarındanibarət birgə istintaq qrupu tərəfindən davam etdirilən cinayət işiüzrə separatçı rejimin ümumilikdə 15 nəfər üzvü məsuliyyətə cəlbolunub. Həmin şəxslər barəsində müxtəlif illərdə Baş Prokurorluqtərəfindən cinayət işi açılıb və beynəlxalq axtarış verilib. Ötənil keçirilən antiterror əməliyyatından sonra Azərbaycanınhüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun “prezidentləri”olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq"xarici işlər naziri" David Babayan, eləcə də “parlament sədri”David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan vəkeçmiş “dövlət naziri” Ruben Vardanyanı da həbs edərək Bakıyagətirib.

Məqalədə:
Seçilən
16
4
az.trend.az

10Mənbələr